İsa Peyğəmbər kimi suyun üzərində gəzmək istəyən rahib timsahlara yem oldu

  • By admin
  • 16 May 2017 17:02

timsah-2

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Zimbabviyada suyun üzərində yeriməyə cəhd edən rahib bir neçə saniyə içərisində timsahlara yem olub.

Conatan Mtetva adlı rahib təxminən bir həftə əvvəl kilsədəki hər kəsə İsa Peyğəmbər kimi suyun üzərində gəzəcəyini açıqlayıb. Rahib bunun üçün bir həftə ərzində dua edib, eyni zamanda oruc tutub.

Mtetva suya girdikdən sonra bir neçə saniyə içərisində boğularaq timsahlar tərəfindən parçalanıb. Hadisəyə şahidlik edən Dekon Nkosi adlı şəxs təəssüf hissi ilə bildirib ki, hər kəs rahibin suyu üzərində gəzəcəyini gözlədiyi halda, o, 3 böyük timsahın yeminə çevrilib.

Əlbəttə ki, bu cür hadisələri dini mövhumatın cəmiyyətimizə gətirdiyi faciələr kimi tənqid edirik.

Gununsesi.info