“İsa Qəmbər laqeyidlik etdi” -RAUF ARİFOĞLUNA QARŞI

  • By admin
  • 03 Avqust 2016 10:58

niyam

“Müsavat partiyasından ölkənin tanınmış jurnalistləri Azər Ayxan, Elşad Paşasoy, Elşad Məmmədli, Ələsgər Süleymanov və digər şəxslərin istefa verməsi onun göstəricisidir ki, Müsavat partiyası tam iflasa uğrayıb. Adını çəkdiyim insanlar həyatlarının 20 ildən çoxunu bu partiyaya sərf ediblər və bu partiyanın inkişafına yönəldiblər”.

Bunu Gununsesi.info-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, Rauf Arifoğlu Müsavat partiyasının bərpası ilə bağlı yaradılan ilk 10 nəfərdən biri olub: “25 il ərzində bu partiyaya çox böyk xidmətlər göstərib. Özünün yaratdığı mətbuat orqanları vasitəsi ilə çox böyük dəstək olub. İsa Qəmbərin prezident olması üçün çox əziyyətlər çəkib, türmə həyatı yaşayıb, döyülüb, təhqir olunub. Ancaq son da bəlli oldu ki, İsa Qəmbər və Müsavat partiyası bu insanlara çox laqyed yanaşdılar və insanların gəldiyi yola belə heç bir əhəmiyyət vermədilər.  Bu insanların əziyyətini itirənlərə bu addan başqa bir söz deyə bilmirəm”.

Gununsesi.info