Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müalicə aldığı Türkiyənin paytaxtı Ankara şəhərindəki “Hacettepe” xəstəxanasından martın 14-də buraxılacaq.
Gununsesi.info xəbər verir ki, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı mətbuata açıqlamasında deyib ki, İsa Qəmbərin səhhəti tam normallaşıb: “Bizdə olan məlumata görə, bu həftənin çərşənbə günü, martın 14-də xəstəxanadan buraxılacaq. Yəqin ki, bu həftənin sonunda, ən geci növbəti həftənin əvvəlində Bakıda, evində olacaq”.
Gununsesi.info