Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Dağlıq Qarabağ müharibəsi haqqında Meydan TV-yə müsahibə verib.
Gununsesi.info-nun xəbərinə görə, İsa Qəmbər Rusiyanın bu prosesə açıq müdaxilə edə bilməməsini belə qiymətləndirib:
“Rusiya əvvəlki Rusiya deyil. Rusiya nəinki 30 il əvvəlki, hətta 7-8 il əvvəlki Rusiya deyil. Bu ölkə çox zəyifləyib, ağır sanksiyalar altındadır, regionda nüfüzu əvvəlki kimi deyil. Bu gün Rusiya Dağlıq Qarabağda gedən müharibəyə açıq müdaxilə etməyə risk etmir. Çünki, proqnozlaşdırılmayan nəticələrə gətirə bilər. Bu prosesdə Türkiyənin rolu daha artıq görünür.”
İsa Qəmbər, həmçinin bildirib ki, Rusiya Yaxın Şərqdə belə bir neçə konfliktin içərsindədir:
“Bundan başqa Ukrayna problemi var, Rusiya ümumiyyətlə təklənmiş bir vəziyyətdədir ancaq onun bu regiondaki yerini Türkiyə tutub.”
Gununsesi.info