Hökümətdən İsa Qəmbərə yübley “hədiyyəsi”: - BAŞ PROKURORLUĞA ÇAĞRILDI

  • By admin
  • 24 Fevral 2017 15:20

isa

Müsavat Partiyasının başqanı Arif Hacılı və partiyanın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə partiya başqanı Arif Hacılı məlumat verib.
A.Hacılı bildirib ki, onlar Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə şahid qismində dindirilmək üçün çağırılıblar: “Mühacirətdə olan azərbaycanlılarla bağlı məsələdir. Rəsmi dəvət gəldiyinə görə fevralın 27-də Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində olacağıq”.