İsarildə vəziyyət gərginləşdi -Prezident vətəndaş müharibəsindən ehtiyat edir

İsrail prezidenti İsaak Hersoq yeni seçilmiş hökumətin təklif etdiyi məhkəmə islahatlarına görə ölkənin vətəndaş müharibəsi astanasında olduğunu xəbərdarlıq edib.

Gununsesi.info İsrail mediasına istinadən xəbər verir ki, çərşənbə günü yayımlanan videoda Herzoq deyib ki, “Heç kimin insan həyatının təhlükə altında olduğu əsl vətəndaş müharibəsi sərhədi haqqında heç bir fikri yoxdur. Uçurum çox yaxındır. Mən bunun nəyin bahasına olursa-olsun baş verməsinə icazə verməyəcəyəm”.

Yanvar ayında Netanyahunun təklif etdiyi islahatları elan etdikdən sonra İsrail davamlı etirazlara səhnə olub.

İsrailin müxtəlif şəhərlərində, xüsusən də Tel-Əvivdə Netanyahu hökumətinin məhkəmə tənzimlənməsinə və sağçı siyasətlərinə qarşı kütləvi etirazlar 10 həftəni arxada qoyub.

Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətinin ədliyyə orqanlarının bəzi səlahiyyətlərinin Parlamentə ötürülməsi istiqamətində atdığı addımlar hökumətlə İsrail məhkəmə sistemi, xüsusilə də Ali Məhkəmə arasında gərginliyə səbəb olub.

Ölkədə ən yüksək məhkəmə orqanı kimi fəaliyyət göstərən İsrail Ali Məhkəməsi, Məclis tərəfindən qəbul edilən qanunları konstitusiya layihəsi kimi qəbul edilən “əsas qanunlara” uyğun gəlmədiyi üçün ləğv etmək səlahiyyətinə malikdir.

Netanyahu hökuməti məhkəmə qaydasında Ali Məhkəməni, Assambleyanın qəbul etdiyi qanunları ləğv etmək səlahiyyətindən məhrum edəcəyini açıqlayıb.

Hökumətin mühakiməsində elan etdiyi maddələr, İsrail daxilində və beynəlxalq səviyyədə məhkəmə hakimiyyətinin yurisdiksiyasını məhdudlaşdırdığı səbəbi ilə ağır şəkildə tənqid olundu.

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info