İşbazlar qəhrəmanlarımızın adından icazəsiz istifadə edirlər – VİDEO

  • By admin
  • 22 Yanvar 2021 20:38

Polad Həşimov adına “Şən uşaq bağçası” və ya adi “Uşaq bağçası” kimi reklam lövhələrinə sosial şəbəkələrdə tez tez rast gəlmək olur.

 

Hətta zəng edərək maraqlanan şəxslərə “siz gəlin, biz xidmətlərimiz barədə məlumat verərik”, – deyirlər.

Özəl obyektlərə Milli Qəhrəman General Polad Həşimovun adının qeyri qanuni verilməsi, ailəsinin narazılığı ilə qarşılanıb.

Məktəbəqədər tədris müəssisəsi bir neçə dəfə fəaliyyətlərini dayandıracağını desə də, buna əməl etməyiblər. Ailəsi generalın adının hara, necə gəldi verilməsinə narazıdır.

Generalın bacısı Kəmalə Həşimova deyir ki, qardaşının adına açılan uşaq bağçasına sosial şəbəkələrdə bir neçə dəfə rast gəlib. Özü həmin bağçalardan biri ilə əlaqədə saxlayıb. İşbazların generalın bacısına verdiyi cavab heç də ürəkaçan olmayıb…

Ətraflı Baku TV-nin süjetində:

Gununsesi.info