İşçi Qrupdan xəbər var - SİYASİ MƏHBUSLAR AZAD EDİLƏCƏKMİ?

  • By admin
  • 02 İyun 2016 16:37

ishciqrup

Mirvari Qəhrəmanlı: “Siyasi məhbus məsələsindən tutmuş, işgəncələrə qədər danışdıq” 

İnsan hüquq məsləsləri üzrə Birgə İşçi Qrunun iyunun 1-də keçirilən növbəti iclası çox məhsuldar və yüksək səviyyədə keçirildi”. Bunu Gununsesi.info-ya açıqlamasında Qrupun üzvü, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib. Onun sözlərinə görə, iclasda insan haqları sahəsində, siyasi məhbus problemi, QHT-lərin fəaliyətinin daha da səmərəli fəaliyyətini təmin etmək üçün qanunvericiliyin təkmilləşdirilməsi, işgəncələrin qarşısının alınması, ümumiyyətlə bu sferada əhəmiyyət kəsb edən bütün məslələr müzakirə edilib: “Hüquq müdafiəçiləri tərəfindən müzakirəyə çıxarılan məsələlər və təkliflər həmən aidiyyatıı hakimiyyət qrumlarının müayəndələri təərfindən cavab verilirdi və diqqətə alınırdı. Bu sevindirici bir fakt idi. Bizim qaldırdığmız məsələlərə hakimiyyət nümayəndələri həmən reaksiya verir və qaldırlana məslələrin diqqətə alınacağını bildirirdilər. Bu çox müsbət hal idi”. M. Qəhrəmanlı onu da əlavə etdi ki, özü orada xarici şirkət AMEC haqqında konkret faktlarla çıxış edib: “Bildirdim ki, AMEC şirkəti Azərbaycanda fəaliyyət göstərdiyi on il ərzində beş yüz milyon manata həcmində vergidən yayınma halına yol verib. Yerli işçilərə qarşı diskrminasiya və digər qanunsuzluqlar ediblər. Bütün bu qanunsuz faktları Respublika prokurorluğunun nümayəndəsinə təqdim etdim. Bundan əlavə olaraq QHT-lərin xaricdən maliyyələşməsinə toxunduq. Avropa İttifaqı Azərbaycana qrant ayrılır, ancaq məlum qərar nəticəsində həmən vəsaitləri istifadə etmək olmur. Bu qrantları biz ala bilməyəndə onu Ermənistan və Gürcüstanın QHT-lərinə verirlər. Nəticədə Ermənistan və Gürcüstanın QHT-ləri güclənir, inkişaf edir və həmən vəsait həmən ölkələrə gedir.”

Hüquq müdafiəçisi bildirib ki, hakimiyyət nümayəndələri hər zaman dialoqa hazır olduğunu deyib: “Bildirildi ki, hakimiyyət insan haqları sahəsində hüquq müdafiəçiləri ilə dialoq nəticəsində bütün problemləri müzakirə edib, çözməyə hazırıq. Orada bildirildi ki, istənilən problemlə bağlı məsələləri təkcə İşçi qrupun iclası zamanı deyil, iclaslararası vaxtda müracitə edin, onlar da nəzərə alınacaq.” M. Qəhrəmanlı bildirib ki, İşçi Qrup beynəlxalq təşkilatlardan daha effektiv və səmərəli fəaliyyət göstərir. İşçı Qrupun həmsədri Səməd Seyidov orada qaldırılan məslələrin hakimiyyət tərəfindən mütləq nəzərə alınacağını dilə gətirdi.

Mürtəza