İşçi Qrupunda onun da məsələsi qaldırılıb

  • By admin
  • 09 Aprel 2019 00:27

“İnsan hüquqları üzrə İşçi Qrupun son iclasında siyasi məhbusların məsələsini də geniş müzakirə etdik. Əminəm ki, yaxın zamanlarda onların yerdə qalanını da azadlıqda görəcəyik”.

Bu sözləri jurnalistlərə açıqlmasında İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyibş

O, həmçinin bildirib ki, iclasda qanunsuz məhkum olunan digər vətəndaşların da məsələsini qaldırıblar: “Rauf Sultanov adlı bir gəncə qarşı da qeyri-adekvat münasibət olmuşdu. İstər istintaqda, istərsə də məhkəmədə hüquqlarının pozulması barədə bizə müraciət edib”.

Qeyd edək ki, məktəb direktorunun şikayəti əsasında həbs edilən Rauf Sultanov jurnalist fəaliyyəti ilə məşğul olub.

Gununsesi.org