“İşçiləri əmək müqaviləsi olmadan çalışdıran sahibkarlara qarşı mübarizə aparmalıyıq” - QƏNİRƏ PAŞAYEVA

  • By admin
  • 31 Oktyabr 2017 14:04

“Biz müəyyən sahibkarların işçiləri əmək müqaviləsi olmadan çalışdırmasına qarşı mübarizə aparmalıyıq. Onlar necə pensiya alacaq, onların gələcəyi necə olacaq?”

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qənirə Paşayeva bildirib.

O qeyd edib ki, əgər işçi əmək müqaviləsində yazılandan fərqli məbləğdə maaş alırsa, gələcəkdə aldığı pensiya ilə həyatını necə təmin edəcək?

Deputat əlavə edib ki, insanlar əmək müqaviləsi olmadan və ya əmək müqaviləsində maaşının az göstərilməsi ilə bağlı şərtləri qəbul edib çalışır: “Çünki sahibkarlar başqa namizədləri dəyərləndirəcəklərini bildirəndə həmin şəxslər ailələrini saxlamaq üçün şərtləri qəbul edib çalışmağa razı olur. Biz bunun nəticələrini gələcəkdə görəcəyik”.

Mürtəza

Gununsesi.info