İşçiyə səhvən 500 min əvəzinə 165 milyon maaş ödənildi –İşçi yoxa çıxdı

Çilidə “Cial” ət şirkətinin əməkdaşına təsadüfən bir dəfəyə əmək haqqının 286  misli ödənilib.

O, 500 min əvəzinə 165 milyon pesodan çox alıb.

HTML tutorial

Həmin şəxs səhvi rəhbərliyə bildirib. Ondan əlavə pulu qaytarmağı tələb ediblər. İşçi razılaşaraq ertəsi gün banka gedəcəyini vəd edib. Amma nə banka, nə də işə gəlməyib.

Çilili məsafədən işdən çıxmaq haqqında arayış göndərərək yoxa çıxıb. Onun harada olduğu bilinmir. Şirkət həmin şəxsi pulu mənimsədiyinə görə məhkəməyə verəcəyini bildirib.

Gununsesi.info