İşdən çıxarılan nazir müavini ev həbsində saxlanılır

Bir neçə gün əvvəl istintaqa cəlb olunan mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev sərbəst buraxılıb.

Gununsesi.info xəbər verir ki, Elnur Əliyev Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə məsuliyyətə cəlb edilib və barəsində yaşayış yerini tərk etmək hüququnu məhdudlaşdıran qətimkan tədbiri seçilib.

HTML tutorial

Qeyd edək ki, Elnur Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunub.

Elnur Əliyev ötən gün Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub.

Əliyev Mədəniyyət Nazirliyindən öncə uzun müddət Xarici İşlər Nazirliyinin tabeliyindəki qurumlarda işləyib. O, Azərbaycanın Belçikada, Birləşmiş Ərəb Əmirliklərindəki səfirliklərində də çalışıb.

Gununsesi.info