İşdən çıxarılan stüardessa ABŞ-da model oldu - FOTOLAR

  • By admin
  • 04 Noyabr 2016 13:27

 

zuhal-1

2009-cu ildə Türk Hava Yollarında (THY)   stüardessa vəzifəsində işə başlayan Zuhal Şəngülə 2014-ci ildə performans aşağılığı “səbəb göstərilərək”  ixtisar edilmişdi.

Gununsesi.info Türkiyə  mətbuatına istinadən xəbər verir ki,   Z.Şəngül THY-na işə qayıtmaq üçün məhkəmə iddiasını qazansa da,  ancaq yenidən  işə geri qayıtmaq fikrində deyil.

2 illik səssizliyini pozan Şəngül nəhayət bununla bağlı açıqlama verib:  “İşdən çıxarılmağımı gözləyirdim, çünki mən 9 ay ərzində digər iş yoldaşlarımızla birlikdə tətilə qatılmışdım. Tətilə qatıldığım üçün isə işdən ixtisar edilməyimə xitam verildi”.

Belə ki, İdman Akademiyasıı bitirib,  17 il  Karateylə məşğul olan, qara kəmər sahibi  Zuhal Şəngül, Türk Hava Yollarında (THY) 2009-ci ildə stüardessa kimi işə başlayıb. Onun işdən ixtisar edilməsinə səbəb isə, həmin müddətdə kliplərdə oynayıb,  jurnallarda  fotomodellik edərək  “cəsur” pozalar verməsi göstərilib.

2015-ci ildə Türkiyədən ayrılaraq ABŞ-a yerləşən Şəngül hələ də Nyu Yorkda fotomodellik və Pilates təlimçiliyi ilə məşğul olur. Şəngülün  qısa bir müddət əvvəl ana olduğu da söylənilir. Həmin müddətdə  THY-na qarşı açdığı işə geri dönüş iddiasını qazansa da, laikn  Şəngül artıq bu fikrindən daşınıb.

2 il davam edən səssizliyini pozan Şəngül bildirib ki,  fotoşəkillərinin mediada yer almasından 4 ay əvvəl işdən kənarlaşdırılıb:  Bu  müddətdə çox diqqət çəkdiyimi düşünürəm. Tatu, saç rəngi, saç stili bir az diqqət çəkən bir tipiydim. İddianı qazanacağımızı ağlımın ucundan da  keçirməmişdim”.

Şəngül qeyd edib ki, xəbərlərin ardından ona nifrətdolu, zoraklıq və təcavüzü əks etdirən mesajlar göndərilirmiş. “Sosial mediadakı zorbalıqlar məni çox üzdü. İş müqaviləsinə xitam verilməsəydi də,  THY-da işə davam etməyəcəkdim”-deyə, o, bundan təəssüflənmədiyini vurğulayıb.

 

zuhal-3

zuhal-4

Gülnaz Qənbərli

Gununsesi.info