Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsi, ev 35-də yaşayan Dünyamalıyev Mahir Yaqub oğlu Prezident İlham Əliyevə, DİN rəhbəri Ramil Usubova və digər qurumların rəhbərlərinə müraciət edib.
Müraciətinin bir surətini də Gununsesi.org-a Mahir Dünyamalıyev polis orqanlarından qanun xaric olunmasından yazır.
Həmin müraciəti təqdim edirik:
“Vaxtilə sifariş nəticəsində şıxarıldığım işimə bərpa olunmağım” barədə
M Ü R A C İ Ə T
Cənab Ali Baş Komandan!
Mən, Mahir Dünyamalıyev bir əsgər olaraq son ümidlə Sizə müraciət edirəm:
Əvvəlcə xatırladım ki, mən Abşeron rayon Polis Şöbəsinin Dövlət Yol Polisi inspektoru kimi 16 avqust 2014-cü ildə xidməti vəzifəmi icra edərkən 90 UU 303 dövlət qeydiyyatı olan sürücü xanım Nərminə İsmayılovanı qoşa xətti basdığına və kəmərsiz avtomobil idarə etdiyinə görə saxlayıb protokol yazmaq istəmişdim. Bundan bərk əsəbiləşən sürücü “Sən məni tanımırsan, səni işdən çıxartdıraram” və digər etikadan kənar sözlər işlətməklə hədə-qorxu gəlmişdir. Qızğın mübahisəyə yol verməmək üçün və rəisimizin bizə verdiyi təlimata uyğun olaraq ( qadın sürücülərə güzəştə gedin) mən YPX işçisi kimi sürücünün hədə-qorxusundan sonra onu əvvəlcə sakitləşməyi, lakin güzəşt olaraq “təhlükəsizlik kəmərinə görə” protokol tərtib edəcəyimi bildirdim və yazdım. Sürücü bununla da razılaşmadı. Hadisədən 20 gün sonra məni izahat yazmağa dəvət etdilər. Məlum oldu ki, srücünün anası Dilarə İsmayılova hadisədən 11 gün sonra ( 27 avqust) DİN-nə şikayət teleqramı vuraraq bildirmişdir ki, guya mən onun ailəli qızına protokol yazmamaq müqabilində əxlaqsız təklif etmişəm. Xidməti təhqiqat zamanı şikayətdə göstərilənlər öz təsdiqini tapmasa da, DİN-nin 11.09.2014-cü il tarixli, Ə750-00114 saylı əmri ilə mən işdən azad edilmişəm. Əvvəlcə sadə məntiqə əsaslanıb onu bildirmək istəyirəm ki, əgər mən sürücü ilə mübahisə etmişəmsə və törədilmiş iki qanunpozuntusu halından biri barədə protokol tərtib etmişəmsə və sonda sürücü yenə narazı qalaraq məni işdən çıxartdıracağıilə hədləyirsə, burada hansı münasibətdən və əxlaqsız təklifdam söhbət gedə bilər? Hər hansı təsdiqedici fakt vardısa niyə təqdim olunmadı? Və görəsən nə baş verdi ki, ailəli sürücü xanımın özü yox, onun yaşlı anası hadisə barəsində 11 gündən sonra şikayət verir və şikayət dərhal icraata götürülərək sifariş əsasında heç bir maddi sübüt və şahid ifadəsi, kamera görüntüsü olamadan ildırımsürətliə sifariş yerinə yetirilir. Və sonradan sürücü xanım özü anasından fərqli düşünərək niyə Bakı 1 saylı İnzibati-iqtisad Məhkəməsinə barəmdə heç bir şikayətinin və iddiasının olmaması barədə yazılı ərizəilə müraciət edir?
Bəli, mən bir polis işçisi kimi səhvimi səmimi olaraq bu gün də etiraf edirəm ki, sürücü xanımın hədə-qorxusundan sonra ona iki qanunpozuntusuna görə deyil, yalnız bir qanunpozuntusuna görə protokol tərtib etmişəm. Və buna görə də cəzalanmağım ədalətli olardı. Amma sürücünün “ Sən məni tanımırsan, səni işdən çıxartdıracağam” hədə-qorxusundan sonra anasının təzədən şər-böhtan şikayəti nəticəsində vəzifə karyerama birdəfəlik son qoyulmasını qəbul edə bilmirəm. İndi məni heç yerdə işə qəbul etmirlər. Nəticədə maddi sığıntılar ucbatından şəxsi ailəmin və xəstə valideynlərimin qulluğunda dura bilmirəm. Sabah belə psixoloji sarsıntıilə Vətənin müdafiəsində necə duracağam? Ümumiyyətlə, onu dəqiq bilirəm ki, Azərbaycan kişisini ailə yanında, şər böhtan atıb sifarişlə sındırmazlar. Bu ən azı nə hüquqa, nə insanlığa, nə də müsəlmançılığa yaraşan hal deyil. Axı mən xidmət etdiyim illər ərzində polisin nüfuzuna heç vaxt xələl gətirməmişəm.Əksinə, həmişə nümunəvi xidmətimə görə rəhbərliklər tərəfindən təltif olunmuşam.
Cənab Ali Baş Komandan! Sizdən çox xahiş edirəm, müraciətimi şəxsi nəzarətinizə götürməklə mənim əslində necə sifarişlə şərlənib əvvəldən deyildiyi kimi işdən qanunsuz çıxarılmağımın real araşdırlmasına və qanuni tədbir görülməsinə göstəriş verəsiniz. Şikayətdə göstərilən faktlar təsdiqini tapdığı halda mənə ən ağır cəzanın verilməsinə də göstəriş verəsiniz.
Əvvəlcədən təşəkkürlər!
Əlavə sənədlər: vərəqdə.
Dərin hörmətlə, M.Y.Dünyamalıyev
Tarix: 03 aprel 2019-cu il.