İşdən çıxarıldığına görə narazılıq edən xanəndə ilə bağlı rəsmi cavab

  • By admin
  • 01 İyul 2023 20:23

“Arif Məlikov adina 11 nömrəli Onbirillik Musiqi Məktəbinin xanəndə ixtisası üzrə müəllimi, 15.04.1957-ci il təvəllüdlü Abdullayev Sabir Əli əmək müqaviləsi 15 aprel 2022- ci ildən 15 aprel 2023 -cu il tarixədək, daha sonra isə 15 aprel 2023- cu il tarixdən 01 iyul 2023 – cu il tarixədək uzadılıb”.

Gununsesi.info xəbər verir ki, bu badərə məktəbdən bildirilib.

“01 iyul 2023 – cu il tarixdən tutduğu vəzifədən azad edilib. Azərbaycan Əmək Məcəlləsinin 10. 1- ci bəndinə əsasən, dövlət müəssisəsində çalışmanın yaş həddi 65-dir. Müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Məktəbdə çalışma müddəti uzadılmış əməkdaşların sayı 2 faiz təşkil edir”.

Gununsesi.info