Azərbaycanda bir ilk- ƏHALİ İŞDƏN AZAD EDİLƏN İCRA BAŞÇISINI BELƏ YOLA SALDI

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti Şahin Məmmədovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, sabiq icra başçısı 2 gün öncə Masallıda yaşadığı evin əşyalarını yığaraq rayonu tərk edib.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, yayılan xəbərə görə, rayonun şəhid ailələri sabiq başçının evinə gələrək əşyalarını yığmağa kömək edib, xeyir dua verib yola salıblar.

Xəbərdə iddia olunur ki, sabiq başçının vəzifədə olarkən rayonun şəhid ailələri və qazilərə qarşı göstərdiyi qayğıya qarşılıq olaraq şəhid ailələri belə qərara gəlib planlı şəkildə başçını yola salmaq üçün toplaşıblar.

Həmin görüntüləri təqdim edirik:

Gununsesi.info