İşə qəbul zamanı namizədin şəxsi həyatı sorğu oluna bilərmi?

  • By Admin2
  • 06 Avqust 2025 11:30

Təsəvvür edin ki, iş müsahibəsində sizə belə suallar verilir: “Evlisiniz?”, “Uşaq planınız var?”, “Dini inancınız nədir?”, “Hansı partiyanı dəstəkləyirsiniz?”

Bu suallar qanunidirmi? İmtina etsəniz, sizi işə götürməmələri qanun pozuntusudurmu?

Hüquqşünas Uğur Əliyeb Gununsesi.info-ya məsələ barəsində danışıb.

O, deyib:

Bu cür suallar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsinə ziddir. Şəxsin şəxsi həyatı ilə bağlı məlumatların soruşulması, xüsusən də işə qəbul zamanı, ayrı-seçkiliyə yol açır və qanunsuzdur. Sizin bu suallara cavab verməkdən imtina etməyə tam hüququnuz var və bu əsasla imtina olunarsa, bu işəgötürənin məsuliyyətini doğurur”.

Afət

Gununsesi.info