İsfəndiyar Vahabzadə Əli İnsanovla yollarını ayırdı

  • By admin
  • 06 Noyabr 2022 23:54

Haqq və Ədalət Partiyasının sədri Əli İnsanovun Prezident İlham Əliyevi dəstəkləməsi barədə açıqlaması müavini İsfəndiyar Vahabzadə tərəfindən istefa ilə qarşılanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İsfəndiyar Vahabzadə özü bildirib:

HTML tutorial

Əli İnsanovun bu addımından sonra HƏP-də qalmağım  soyadıma xələl gətirə bilər. Mən əqidə adamıyam. Çox yerdə işləmişəm. Amma mənim bir əqidəm olub. İstəmirəm ki, mən öləndən sonra başdaşıma tüpürsünlər. O başdaşında yazılmayacaq ki, bu səfir olub, elmlər doktorudur, professordur və s. Orada yazılacaq ki, İsfəndiyar Bəxtiyar oğlu Vahabzadə. O partiyada qalmağım mənim familyama xələl gətirər. Mən familyamı qoruyuram”.

Qeyd edək ki, HƏP İdarə Heyətinin son iclasında Əli İnsanov Qarabağı azad etdiyi üçün İlham Əliyevi dəstəklədiyini bəyan edib.

Gununsesi.info