İşgəncə iddialarına əsasən 13 saylı həbsxanada monitorinq aparıldı 

Bu gün Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri 13 saylı cəzaçəkmə müəssəsində baş verdiyi iddia edilən işgəncə faktları ilə bağlı monitorinq keçiriblər.

Bununla bağlı Komitənin üzvü Səadət Bənənyarlı Gununsesi.org-a açıqlama verib.

O bildirib ki, cəzaçəkmə müəssisəsində karsda olan 25 nəfərlə görüşüblər: ” Onların hər biriylə təklikdə söhbətləşdik. Karsda saxlanılan adamlar belə bir faktın olmadığını bildirdilər. Digər məhkumlarla da görüşdük. Onların müəyyən iradları var idi. İradlar əsasən məhkumların şəxsi məhkəmə işləri ilə bağlı idi”.

Qeyd edək ki, görüşdə Komitənin digər üzvləri Əliməmməd Nuriyev, Əhməd Abasbəyli də iştirak edib.

Gununsesi.org