
Qobustan Həbsxanasının rəisi -ədliyyə polkovniki Fikrət Qafarov 2 saylı Cəzaçəkmə Müəssisəsinə rəis təyin olunub
Gununsesi.info report.az-a istinadən xəbər verir ki, Qobustan Həbsxanasının rəisi, ədliyyə polkovniki Fikrət Qafarov vəzifəsindən azad edilib.
O, Bakı şəhəri, Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsinə rəis təyin olunub.
Qeyd edək ki, F.Qafarov məhbuslar arasında “işgəncələr kralı”kimi tanınır, qəddarlığı ilə seçilir.
Gununsesi.info xatırladır ki, 2 saylı cəzaçəkmə müəssisəsi Azərbaycandakı müəssisələr arasında “oğru qanunlarının” işlədiyi tək müəssisədir. Görünür, Fikrət Qafarovu oraya rəis göndərməklə Penitensiar Xidmətin yeni rəhbərliyi 2 saylı müəsissədə vəziyyəti dəyişmək istəyir.
Xatırladaq ki, siyasi məhbus İlqar Məmmədov da həmin müəssisədə saxlanılır.
Gununsesi.info