İsgəndər Həmidov yenidən əməliyyat olundu

Azərbaycanın keçmiş Daxili İşlər naziri İsgəndər Həmidov növbəti dəfə əməliyyat olunub. Gununsesi.org-un verdiyi xəbərə görə, bu barədə İ.Həmidovun sosial şəbəkədəki hesabı üzərindən məlumat payalaşılıb.

Sabiq nazir sentyabrın 6-da ürək əməliyyatından çıxıb və səhhətinin normal olduğu qeyd olunub. İ.Həmidov Türkiyənin Gülhanə xəstəxanasında əməliyyat olunub. 

Bir neçə aydır səhhətində problem yaranan Həmidov mütəmadi olaraq müalicə olunurdu. 

Gununsesi.org