Türkiyə övladına ağır işgəncə verən bu ana və atanı danışır – Bədənlərini yandırıb… / FOTOLAR

  • By admin
  • 28 Dekabr 2022 14:38

Türkiyədə qandondurucu bir işgəncə yaşanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Bursada meydana gələn olay zamanı başqa ölkə vətəndaşları olan ana və ata, 2-10 yaşları arasında olan 4 uşağına işgəncə etdikləri səbəbi ilə tutulublar.

 

Ananın uşağı döyməzdən öncə səsi eşidilməsin deyə, oğlunun ağzını lentlə bağlaması, alışqanla bədəninin ayrı yerlərini yandırması onların başqa bir yaxını tərəfindən video qeydə alınıb.  Uşaqların çıxırtılarına qonşular gəlib. Övladlarına şiddət edən valideynlərin bu hərəkətləri video lentə çəkilərək polisə verilib.

 

Hərəkətə keçən polis işçiləri hər iki şəxsi yaxalayıblar. Məhkəmə qərarı ilə uşağına işgəncə edən Hanan Ramadan və əri Rayvan Əl İsa həbs edilərək cəza evinə göndərilib.

Uşaqların hər biri dövlətin himayəsinə alınıb.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info