İşğal Muzeyinin yaradılması ilə bağlı təkliflər TƏQDİM EDİLDİ

Ağdam, Cəbrayıl və Füzuli rayonlarında Zəfər muzeyi və açıq hava altında təşkil ediləcək İşğal muzeyi ilə bağlı konsepsiya sənədlərinin hazırlanması üçün Dövlət Xidmətinin əməkdaşları müvafiq orqanlarla birlikdə əraziyə baxış keçirib. İşğal muzeyinin yaradılacağı ərazi ilə bağlı müvafiq təkliflər təqdim edilib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 2021-ci ildəki fəaliyyəti ilə bağlı məlumatda deyilir.

HTML tutorial

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında işğaldan azad olunmuş Şuşa, Ağdam, Füzuli rayonlarının Baş Planı – Ərazilərin bərpası və yenidən qurulması üzrə dayanıqlı inkişafa dair Şəhərsalma Konsepsiyası ilə bağlı müvafiq rəy Dövlət Xidməti tərəfindən hazırlanıb və aidiyyəti üzrə göndərilib.

Eyni zamanda, Dövlət Xidməti tərəfindən Ağdam şəhərində Üzərliktəpə arxeoloji abidəsinin, Cümə məscidinin, İmarət abidələr kompleksinin. Qiyaslı kənd məscidinin bərpası ilə bağlı konsept və layihələr hazırlanıb, Üzərliktəpə yaşayış yerində arxeoloji qazıntıların aparılması təşkil olunub.

Gununsesi.info