İşğal olunmuş ərazilərdə qazıntı-bərpa işlərində iştirak edən xarici şirkət “qara siyahı”ya salınacaq - ƏBÜLFƏZ QARAYEV

  • By admin
  • 18 Aprel 2017 17:50
abulfes
Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi abidələrimizdə hər hansı qazıntı, bərpa işlərinin aparılmasında iştirak edən hər hansı xarici şirkət Azərbaycanda “qara siyahı”ya daxil ediləcək.
 
Gununsesi.info xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə,  bu sahədə ciddi narahatıq yaradan faktlar aşkarlanıb:
“İşğal olunan ərazilərdə bizim tarixi abidələri guya yenidən təhlil etmək üçün qazıntılar aparılır, tarixi uydurma məqsədləri daşıyan işlər görülür. Əfsus ki, bəzən digər ölkələrin alimləri də bu işə cəlb olunurlar. Buna görə Azərbaycanın mövqeyi prinsipialdır. Hər hansı xarici şirkət orada qanunsuz qazıntılarda, bərpa işlərində iştirak edəcəksə, Azərbaycanda “Qara siyahı”ya daxil ediləcək və ölkəmizlə əməkdaşlığı tamamilə məhdudlaşdırılacaq”.
 
Ə Qarayev məsələ ilə bağlı nazirliyin də narahatlığını bildirdiyini deyib:
“Bu yaxınlarda prezident İlham Əliyev ə XİN bəyanatlar verib. Biz də nazirlik olaraq UNESCO,  ISESCO səviyyəsində narahatlığımızı dilə gətirmişik”.
Gununsesi.info