Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angelə Merkel və Fransa preizdenti Fransua Olland arasında telefon danışığı olub.
Gununsesi.info “kremlin.ru”ya istinadən xəbər verir ki, hər üç ölkə lideri arasında Donbasdakı vəziyyət, atəşkəsin pozulması məsələsi müzakirə olunub. Putin Ukrayna ordusunun Donbasdakı son hərəkətlərinin təxribat xarakterini dilə gətirib. Putin bununla bağlı olaraq Merkel və Ollandı aktiv fəaliyyət göstərərək NATO sammiti şərçivəsində Pyotr Poroşenko ilə görüşlərində Ukrayna tərəfinə təsir etməyə çağırıb. Putin Merkel və Olland vasitəsi ilə P.Poroşenkonu Minsk razılaşmasına ciddi əməl etməyə də səsləyib.
Gununsesi.info