Yeddi min ton taxıl daşıyan ilk ticarət gəmisi Berdyansk limanından yola düşüb.
Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın işğal olunmuş Zaporojye vilayətində Rusiyanın qurduğu hərbi-mülki administrasiyasının rəhbəri Yevgeni Balitski deyib.
O qeyd edib ki, ilk ticarət gəmisi bir neçə aylıq fəaliyyətsizlikdən sonra Berdyansk dəniz ticarət limanını tərk edib.
“7 min ton taxıl dost ölkələrə yola salındı”, – özünün “Telegram-kanal”ında bildirib.
Balitskinin sözlərinə görə, limanın minalardan təmizlənməsi, eləcə də quru yük gəmisinin təhlükəsizliyini Qara Dəniz Donanması təmin edir.
Gununsesi.info