İşğaldan azad edilən ərazilədə milli parklar yaradılacaq

  • By admin
  • 25 Dekabr 2020 19:33

İşğaldan azad edilən ərazilərdə yeni qoruqların yaradılması üçün planlar hazırlanır.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı” verilişində çıxış edərkən deyib.

Onun sözlərinə görə, işğaldan əvvəl milli park anlayışı yox idi. Artıq qanunvericlik milli parkların yaradılmasına imkan verir: “Buna görə də yeni milli parklar yaradılacaq. Bu, imkan verəcək ki, yaxın gələcəkdə insanlarımız oraya getdikdə gözəl meşələrimizi gəzsinlər. Orada həm mühafizə, həm də turizm rekreasiya komponenti olacaq”.

H.Əlizadə qeyd edib ki, işğal altında olan ərazilərimizdə 4 yasaqlıq və iki dövlət təbiət qoruğu var idi: “Onların vəziyyəti yaxşı deyil. Yasaqlıqdakı ağacların kəsildiyi qeydə alınıb. Bütün bunlar həmin ərazilərdə davamlı tədbirlərin görülməsini tələb edir. Biz ümid edirik ki, mühafizə tədbirləri görüldükdən sonra həmin ərazilərdə təbii bərpa prosesi gedəcək və oralar yenidən canlanacaq”.

 

Gununsesi.info