“İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri uğurla aparılır” - Çavuşoğlu

  • By admin
  • 22 Oktyabr 2022 20:50

“Bir neçə gün əvvəl Azərbaycanda idik. Azad edilən ərazilərdə aparılan işlərin nə qədər uğurlu olduğuna yerində şahid olduq”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə uğurla apardığı yenidənqurma işlərinin şahidi olduğunu bildirib.

Qeyd edək ki, M.Çavuşoğlu Zəngilan və Cəbrayılda bəzi açılış və təməlqoyma mərasimlərində iştirak edib.

Gununsesi.info