İşğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə modeli olacaq – İlham Əliyev

  • By admin
  • 18 Yanvar 2021 19:13

İşğal edilmiş ərazilərin azad edilməsi ilə Azərbaycanın inkişafında yeni mərhələ başlayıb.

Bu barədə bu gün prezident İlham Əliyev AzTV-yə müsahibəsində bildirib.

O, azad edilmiş ərazilərin böyük potensialı olduğunu qeyd edib. “Orada böyük potensia var – bərpa olunan enerji növləri, qızıl, mis yataqları şəklində faydalı qazıntılar, çaylar və su anbarları, məhsuldar torpaq, turizm imkanları var. Yəni bu regionlar bizim gələcək inkişafımızın əsasını təşkil edəcək”, deyə Əliyev bildirib.

O qeyd edib ki, layihələrin həyata keçirilməsi ilə bağlı planlar tezliklə gerçəkləşməyə başlayacaq və işlər müasir idarəetmə sistemi əsasında, o cümlədən şəhərsalma və dövlət orqanlarının işi əsasında aparılacaq. Bu, gələcəkdə mənfi təzahürlərdən uzaq olmaq üçün zəruridir, deyə Əliyev qeyd edib.

Gununsesi.info