İşğaldan azad olunmuş ərazilərin bərpasına bu qədər xərclənir

  • By admin
  • 17 Sentyabr 2022 13:07

Gələn il üçün işğaldan azad olunmuş ərazilərin bərpasına ayrılan vəsaitin məbləği bəlli olub.

Gununsesi.info xəbər verir ki, növbəti ilin dövlıt büdcə paketində bu məqsədlə 3 milyard ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, 2021-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpasına  2.2 milyard; 2022-ci ildə 2.7 milyard ayrılıb.

 

3 ildə toplam 7.9 milyard manat xərclənəcək.

Müharibədən sonra ümidlər vardı ki, işğaldan azad edilmiş bölgələrin bərpası ölkədə iqtisadi fəallığı artıracaq, yeni iş yerləri yaranacaq, tikinti sektorunda istehsalla məşğul olan müəssisələrin fəaliyyəti genişlənəcək, yeni müəssisələr yaranacaq.
Bu sahdə təqdiqata ehtiyac var: ilin sonuna qədər təxminən 5 milyard manat xərclənəcək. Bu vəsaitə hansı işlər görülüb və Azərbaycan iqtisadiyyatı bu vəsaitdən dolayısı ilə necə faydalanıb?
Növbəti illərdən hansı gözləntilər var, çünki kifayət qədər böyük vəsaitlər xərclənir.
Daha bir vacib məsələ təxminən 8 milyardlıq investisiya qoyuluşunun ölkənin digər iqtisadi rayonların büdcədən aldığı investisiya payına necə təsir etməsidir.
Çünki ölkədə bahalıqla bərabər işsizlik ən ciddi problemdir.

 

Elçin

Gununsesi.info