İşgəncə, qeyri-kafi qidalanma, istilik, ventilyasiya və zəif tibbi xidmət - DÖVLƏT DEPARTAMENTİ HƏBSXANALARDAKI DURUMU BELƏ QİYMƏTLƏNDİRİR

  • By admin
  • 22 Mart 2023 09:12

Azərbaycanın Penitensiar Xidmətindəki durum ABŞ hökumətinin diqqətinə səbəb olub.

Gununsesi.info-nun xəbərinə görə, ABŞ Dövlət Departamenti ötən il dünyada insan haqlarının durumu ilə bağlı hazırladığı hesabatda Azərbaycan həbsxanalarındakı vəziyyət tənqid olunub.

Sənəddə deyilir ki, hökumət həbsxana binanın tikintisini davam etdirsə də, sovet müddətində qalma bəzi obyektlər hələ də fəaliyyət göstərir və beynəlxalq standartlara vermir: “Qobustan həbsxanası, 3 saylı cəzaçəkmə müəssisəsi, 14 saylı cəzaçəkmə müəssisəsi və penitensiar vərəmlə mübarizə mərkəzində vəziyyətin ən pis olduğu müəssisələrdir.

İnsan haqlarını müdafiəçiləri bildirir ki, mühafizəçilər üçün məhbusları döyməklə və ya təkadamlıq kameraya salmaq adi haldır.

Hesabatda daha sonra bildirilir:

COVID-19-un başlamazdan əvvəl nüfuzlu bir təşkilat tərəfindən həyata keçirilən həbsxana monitorinqinə əsasən, həbsxana şəraiti bəzən həddindən artıq sıxlıq səbəbindən ağır və potensial olaraq həyat üçün təhlükə yaradır. Qeyri-kafi qidalanma; istilik, ventilyasiya və kanalizasiya çatışmazlığı və zəif tibbi xidmət mövcuddur. Məhbuslar məhkəmə iclaslarını gözləyərkən saxlandıqları yerli məhkəmələrin izdihamlı zirzəmilərindəki qeyri-insani şəraitdən şikayətləniblər.

 

Elmar

Gununsesi.info