İŞİD terror təşkilatının 5 döyüşçüsü İraqın Mosul şəhərindən qaçıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İraqın “As-Sumariya” sputnik telekanalı məlumat yayıb.
Məlumata görə, qaçanlardan biri Mosuldakı İŞİD xəzinəsinə məsul olan şəxs Abu al-Bara al-Kahtanidir. Sözügedən xəzinə oğurluqlar vasitəsilə doldurulub. Kahtani və onun adamları muzdlulara ödənilməli olan milyonlarla dolları götürərək aradan çıxıblar.
Hazırda İŞİD bütün imkanlarını işə salaraq “xain”ləri taparaq cəzalandırmağa çalışır. Terrorçular oğruları yerindəcə güllələyəcəklərini bildiriblər. Dezertirlərin Suriya istiqamətində qaçdığı qeyd edilir.
Qeyd edək ki, Mosul əməliyyatı 17 oktyabrdan başlayıb.
Gununsesi.info