İŞİD-ə qarşı son həmlə: -“Basqın” əməliyyatı

  • By admin
  • 03 İyun 2018 23:48

ABŞ-ın başçılıq etdiyi koalisiya və Suriya Demokratik Qüvvələri (SDQ) Suriya-İraq sərhədində İŞİD-ə qarşı “Basqın” adlı hərbi əməliyyatların növbəti fazasını başladıb.

Gununsesi.info xəbər verir ki, bu barədə koalisiyanın mətbuat xidməti məlumat yayıb.

“SDQ “Basqın” əməliyyatı çərçivəsində sərhəddə İŞİD-də qarşı növbəti quru əməliyyatlarına başlayıb. SDQ İŞİD terrorçularını ərazidən təmizləmək məqsədilə hücumlara start verir. Əməliyyatlar koalisiya və İraq ordusu tərəfindən dəstəklənir”, – deyə bildirilib.

Qeyd edək ki, koalisiya Suriya-İraq sərhədində “Basqın” əməliyyatına mayın 1-də başlayıb.