İŞİD-ə qoşulmaq üçün Azərbaycandan keçmək istəyən şəxs tutuldu

  • By admin
  • 25 İyul 2017 17:24
5977488456acb_150129bd88a077a74056fe908ad543db
Azərbaycandan keçərək Suriyaya gedib İŞİD qruplaşmasına qoşulmaq istəyən şəxs Rusiyada saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kabardin-Balkar üzrə Sərhəd Qoşunları İdarəsi məlumat yayıb.
Hüquq-mühafizə orqanları əməkdaşları Mineralnıye Vodı şəhərinin hava limanında Bakıdan tranzit yolu ilə Suriyaya uçmaq istəyən 1997-ci il təvəllüdlü şəxsi təyyarədən endiriblər. Dağıstanda yaşayan bu şəxsin İŞİD-ə qoşulmaq istədiyi bildirilir.
Müvafiq əməliyyat-profilaktik tədbirlərdən sonra o, könüllü şəkildə Suriyaya uçmaqdan imtina edib.
Həmin şəxs barəsində qərar qəbul edilənədək o, hüquq-mühafizə orqanlarının nəzarətində olacaq.
Gununsesi.info