İŞİD-ə qoşulmuş Azərbaycanlı qrup Türkiyədə tutuldu

  • By admin
  • 08 Sentyabr 2016 23:37

hebs

Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətində antiterror polisi İŞİD-ə qoşulmuş bir qrup Azərbaycan vətəndaşını həbs edib.

Gununsesi.info virtualaz.org-a istinadən bildirir ki, həmin şəxslər Hatayın Reyhanlı qəsəbəsində yaxalanıblar. Polisin bildirdiyinə görə İŞİD-ə mənsub olan 10 Azərbaycan və Misir vətəndaşı həbs olunduqdan sonra müayinə üçün xəstəxanaya aparılıb, daha sonra Hatay polisinin təcridxanasına yerləşdirilib.

Onların barəsində hansı tədbirin görüləcəyi daha sonra müəyyənləşdiriləcək. Ehtimal olunur ki, bu şəxslər qəddar terror təşkilatının tərkibində döyüşmək üçün Suriyaya keçməsi planlaşdırırmış.

 

Gununsesi.info