İŞİD-ə qoşulan azərbaycanlıya 9 İL HƏBS

  • By admin
  • 13 Mart 2018 16:30

 

İŞİD-in tərkibində döyüşməkdə ittiham olunan Həsrət Əliyevə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyilə çıxarılan hökmə əsasən, Həsrət Əliyev 9 il azadlıqdan məhrum edilib.

Gununsesi.info xəbər verir ki, Həsrət Əliyev məhkəmədə çıxışında əməlindən peşman olduğunu bildirib. Onun sözlərinə görə, Suriyaya getməkdə məqsədi dinc əhalinin ölümünün qarşısını almaq olub: “Gedib orada döyüşməyin qadağan olduğunu bilmirdim”.

Həsrət Əliyev onu da qeyd edib ki, o, Suriyadan qayıdandan sonra ailə qurub, övladları olub.

DTX-nin İctimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, 2017-ci il oktyabrın 27-də radikal-dini ekstremist cinayətkar birliyə üzv olmaqda, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirakda şübhəli bilinən Əliyev Həsrət Əlihüseyn oğlu, Nəsrullayev Emil Rövşən oğlu, Dadaşov Elşad Hüseynağa oğlu və Eynalov Zaur Talıb oğlu saxlanılıb. Amma Həsrət Əliyevin işi məhkəməyə tək göndərilib.

Gülər

Gununsesi.info