İŞİD bağlılığı olan müğənninin Avstriyadakı konsertləri ləğv edildi

  • By Günel
  • 08 Avqust 2024 14:47
Avstriya polisi İŞİD-ə bağlı olduğunu bildirən 19 yaşlı şübhəli şəxsi saxlayıb.

Avstriya rəsmiləri terror aktı planlaşdırdıqları iddiası ilə iki nəfəri saxladıqdan sonra Taylor Swift-in paytaxt Vyanada üç konserti ləğv edilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Avropanı gəzən və Almaniyanı ziyarət edən Taylor Swiftin konsertləri Vyanada Ernst Happel stadionunda gerçəkləşməli idi.

“Hökumət rəsmilərinin planlı bir terror aktını təsdiqləməsi ilə əlaqədar olaraq, hər kəsin təhlükəsizliyi üçün şounu ləğv etməkdən başqa çarəmiz yoxdur”, – deyə tədbirin təşkilatçıları İnstagramda bildiriblər.

Yerli media xəbər verir ki, terrorda şübhəli bilinən bu şəxs 100-dən çox sakinin təxliyə edildiyi genişmiqyaslı əməliyyatdan sonra tutulub.

19 yaşlı şübhəlinin İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasına  bağlılığını və internet üzərindən radikallaşdığı iddia edilib.

Qeyd edək ki, Avstriyada keçirilən konsertin hər günü üçün ümumilikdə 65.000 yer satılıb, eyni zamanda  20.000 pərəstişkarın da konsert meydançasında olması gözlənilirdi.

TOUT Taylor Swift performs during "Taylor Swift | The Eras Tour" at the National Stadium on March 02, 2024 in Singapore.

 

 

 

Swift glancing towards her left

 

Günel Həsənova

Gununsesi.info