İŞİD bu Azərbaycan şəhərinə hücum edəcək – İddia

  • By admin
  • 10 Sentyabr 2017 12:54

mosul-isid
ABŞ-ın Deyrizordan helikopterlə daşıdığı İŞİD terrorçularının təyin olunduğu yerlər məlum olub.

Axar.az “Yeni şəfəq” qəzetinə istinadən xəbər verir ki, Pentaqon xüsusi təlim keçmiş terrorçuların bir hissəsini PKK-nın nəzarətində olan Haseke, digər hissəsini isə Kərkükün qərbindəki Havic bölgəsinə köçürüb.

İŞİD ABŞ-ın dəstəyilə Suriya və İraqda işğal etdiyi əraziləri PKK-ya təslim etməyi planlaşdırır. Əgər türk əsgərləri PKK-çıların olduğu Sincarda əməliyyata başlasa, buradakı İŞİD-çilər PKK-nı qoruyacaq.
Qəzetin iddiasına görə, Kərkükün yaxınlığında yerləşən İŞİD-çilər türkmanların sürgününə səbəb olacaq yeni bir xaos əməliyyatına başlayacaq.

Qeyd edək ki, Kərkük Azərbaycan türkləri olan türkmanların tarixi yurdudur.

 

Gununsesi.info