İŞİD-çi döyüşçülərin məhkəməsi keçrilib

  • By admin
  • 19 Sentyabr 2016 13:16

 isid

Sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-in tərkibində vuruşmaqda təqsirləndirilən Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi hakim Rauf Əliyevin sədrliyi ilə davam etdirilib.

Gununsesi.info-nun xəbərinə görə,  prosesdə şahid qismində Malik Musayev və Kamran Əzizov ifadə veriblər. Hazırda həbsdə olan digər şəxslər isə istintaq zamanı verdikləri ifadələrindən imtina ediblər. Hakim R.Əliyev onları ifadə verməyi çağırıb. Bildirib ki, ifadə verməsələr, məsuliyyətə cəlb oluna bilərlər. Lakin onlar yenə ifadə verməkdən imtina ediblər. Hakim qeyd edib ki,  onların barəsində cinayət işi başlanılacaq. 

Proses oktyabrın 3-də davam edəcək.
Qeyd edək ki, həmin şəxslər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi anti-terror tədbirləri nəticəsində tutulublar. Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işi başlanılıb.
Müəyyən edilib ki, onlar müxtəlif vaxtlarda Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Gülnaz Qənbərli

Gununsesi.info