İŞİD-çilər kəndlərə qaçdılar, İraq tamamilə təmizlənir

  • By admin
  • 13 Noyabr 2017 20:36


Rava qəsəbəsi işğaldan azad edildikdən sonra İŞİD üzvləri çöllük sahələrə yayılıblar. O bölgələrdə də əməliyyatlar sürətlə davam etdirilir.

Gununsesi.info xəbər verir ki, bu sözləri Haşdi Şabinin komandiri Əbu Tahir deyib.

“Bir il ərzində İraqın ikinci ən böyük şəhəri Mosul başda olmaqla, Havice Anbar, Təlafər, Rava İŞİD-dən azad edildi. Hazırda kənd yerlərində qərarlaşan İŞİD-çilərin məhvi üçün əməliyyatlar aparılır. Bundan sonra İŞİD tamamilə İraqdan silinmiş olacaq”, – Tahir söyləyib.

Gununsesi.info