İraq məhkəmələri mühakimə olunan İŞİD üzvü olan qadınlara 10 dəqiqə ərzində edam hökmü çıxarır.
Gununsesi.info xəbər verir ki, bu barədə məhkəmə prosesinin müşahidə edən İngiltərənin “Guardian” qəzeti yazıb. İŞİD tərəfdarı olan, hətta bəzi silahlı əməliyyatlarda iştirak edən qadınlar da edama məhkum olunur. Qəzet edam cəzasının 10 dəqiqəyə çıxarıldığını, dərhal da icra edildiyini yazıb. Edamla cəzalandırılan qadınların sayının 40-a çatdığı bildirilir.
Xatırladaq ki, fevral ayında Bağdadda keçirilən məhkəmədə türkiyəli 16 qadın edam olunmuşdu.