İŞİD terrorçuları Əfqanıstanın Nanqarxar əyalətindəki mədrəsədə dərs deyən 13 din xadimini oğurlayıb.
Axar.az xəbər verir ki, bu barədə əyalət rəhbərliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, din xadimləri mədrəsədə tələbələr arasında test imtahanı aparırmış. İmtahan zamanı terrorçulara mədrəsəyə hücum edib və din xadimlərini girov götürüb.
Onların hara aparılmaları ilə bağlı məlumat yoxdur.
Gununsesi.info