İŞİD hava limanını atəşə tutdu - 1 ÖLÜ, 5 YARALI

  • By admin
  • 27 Sentyabr 2017 20:37

isid-

Əfqanıstanın paytaxtı Kabil hava limanının ərazisi  raket atəşinə məruz qalıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5-i yaralanıb.

“Tolo News” telekanalı aeroport ərazisinə 30-dək mərminin düşdüyü barədə məlumat verib. Hücuma görə məsuliyyəti əvvəl “Taliban” hərəkatı, daha sonra isə İŞİD öz üzərinə götürüb.

Gununsesi.info