
Suriyanın Hələb şəhərinə bağlı Çobanbəy qəsəbəsində İŞİD-lə Azad Suriya Ordusu (ASO) arasında qarşıdurmalar davam edir.
Gununsesi.info xəbər verir ki, terrorçular Aktarin qəsəbəsini və 5 kəndi ASO-dan geri almağı bacarıb.
Qarşıdurmalarda ASO sıralarından 8 nəfər həlak olub, 14 nəfər yaralanıb.
Yaralılar Türkiyənin Kilis xəstəxanasına yerləşdirilib.
Gununsesi.info