Suriyada “Həyat Təhrir əş Şam” və İŞİD terror qruplaşmalarının ən təhlükəli, ən sərt düşməni peyda olub.
Gununsesi.info-nun milli.az-a istinadən verdiyi məlumata görə, postsovet ölkələrinin vətəndaşları olan könüllülərdən formalaşdırılaraq Suriyaya göndərilmiş xüsusi təyinatlı “Turan” antiterror alayı terrorçulara qan uddurur.
Orta Asiya, Şimali və Cənubi Qafqazdan olan şəxslərdən ibarət “Turan”ın döyüşçülərinin hamısı müsəlmanlardır. Onlar xüsusi, əlahiddə antiterror mübarizəsi hazırlığı keçiblər və ən müasir silahlarla təchiz olunublar.
Suriyada döyüşlərə Homs vilayətində və Həma yaxınlığında başlayan “Turan” çox qısa müddətdə “Həyat Təhrir əş Şam” ilə İŞİD-i qorxuya salıb. Çünki “Turan” qəfil, kimsənin gözləmədiyi istiqamətdən ani hücumları ilə seçilir.
“Turan” alayında 1200 döyüşçü var.
https://www.youtube.com/watch?v=7dcUaogp25M
Gununsesi.info