
İŞİD terror qruplaşmasının rəhbərliyində “iki” nömrəli şəxs sayılan Əbu Məhəmməd Adnani Suriyanın Hələb şəhərində öldürüldü.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Əbu Məhəmməd Adnani Suriyanın Hələb şəhərinədə yerləşən İŞİD silahlı qüvvələrinin döyüş hazırlığını yoxlamaq üçün gəlib.
Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Əbu Məhəmməd Adnani quru və ya hava hücumu zaman öldürüldüyü barədə faktı hələlik təsdiq etməyib. Amma İŞİD-çilər Əbu Məhəmməd Adnaninin intiqamını alacaqlarını bəyan ediblər.
Anar
Gununsesi.info