İraqın federal polisinin yaydığı məlumata görə, Mosulda İŞİD-in hərbi komandirlərindən olan Əbu Muhacir ər-Rusi öldürülüb.
Gununsesi.info “rian.ru”-ya istinadən xəbər verir ki, Əbu Muhacir ər-Rusinın Rusiya əsilli bir terrorçu olduğu bildirilir.
Federal polisin rəhbəri, general-leytenant Raed Şakerin sözlərinə görə, terrorçu Mosulun qərb hissəsindəki As-Saura deyilən rayonda raket zərbələrinin endirilməsi nəticəsində məhv edilib.
İraqın güc strukturları hələlik onunəsl adını dəqiqləşdirə bilməyiblər.Ancaq onun ləğəbinə görə Rusiyadan olduğu daha çox ehtimal olunur.
Bundan öncə İraq ordusu İŞİD-in neft məhsullarına nəzarət edən Əbu Mariya ər-Rusini öldürdüklərini bəyan etmişdi.
Ona görə də Əbu Mühacir ər-Rusinin də Rusiya əsilli olduğunu ehtimal edirlər.
Gununsesi.info