İŞİD-in gəlin düşərgəsində azərbaycanlı qadınlar…- VİDEO

İŞİD-in gəlin düşərgəsində azərbaycanlı qadınlar…

d-in_seks_kllri

İraq təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilən İŞİD terror təşkilatına məxsus düşərgədən ilk görüntülər yayımlanıb.

Gununsesi.info teleqraf.com-a istinadən xəbər verir ki, bura İŞİD-çilərin həyat yoldaşlarının saxlanıldığı düşərgədir. Başqa sözlə desək, yerli sakinlər buranı İŞİD-in “gəlinlər düşərgəsi” adlandırır.

Burada saxlanılan 1400 qadın arasında Türkiyə, Tacikistan, Azərbaycan və Rusiya vətəndaşları üstünlük təşkil edir.

Görüntülərdə qadınların bəziləri burada olmalarını belə izah edir: “Çoxumuz bura həyat yoldaşlarımızla gəlmişik. Bizim döyüşmək niyyətimiz yoxdur, bura yaşamaq üçün gəldik”.

Digər qadın isə bura yanlışlıqla düşdüyünü və evə qayıtmaq istədiyini deyib.

Həmin görüntüləri təqdim edirik:

 

 

Gununsesi.info

COMMENTS