İŞİD-in “naziri” saxlandı - TÜRKİYƏDƏ

  • By admin
  • 12 Yanvar 2018 22:06

Türkiyənin Kayseri vilayətində polis İŞİD terror təşkilatının “kənd təsərrüfatı naziri”ni Tarık Əhmədi saxlayıb.

Gununsesi.info xəbər verir ki, keçirilən əməliyyat nəticəsində daha 9 İŞİD üzvü saxlanılıb.

Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edək ki, bir müddət əvvəl Kayseridə İŞİD-in “cəlladlarından” biri Əbdülxalıq Əbdülqədir saxlanmışdı.

Gununsesi.info