İŞİD-in Suriyadakı liderləri öldürülüb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentin saytında məlumat verilib.
Bildirilib ki, Əl-Həsəkə şəhərində İŞİD üzvlərinin saxlanıldığı mərkəzə hücum edərək burada saxlanılanları həbsdən azad etməyə cəhd zamanı İŞİD-in Suriyadakı liderləri ələ keçirilib və ya öldürülüb.
Əməliyyatda Suriya Demokratik Qüvvələri, ABŞ və Koalisiya qüvvələri iştirak edib.
“Bu döyüş İŞİD-lə mübarizədə beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacı bir daha xatırladır”, – qeyd olunub.
Gununsesi.info